Rusiyanın ən məşhur qanuni oğrusunun bakılı qızının GƏNCƏ MACƏRASI

Rusiyanın ən məşhur qanuni oğrusunun bakılı qızının GƏNCƏ MACƏRASI
MARAQLI
16:18 24.06.2017
6086

"Оdessa Yaponçiksiz Odessa deyil". Bu fikri Mişa Yaponçik ləqəbli Moisey Vinnitskiy haqda odessalılar səsləndirirdilər. Jandarmların qorxulu yuxusu, xalqın sevimlisi olan Mişa Yaponçik dənizkənarı sadə əyalət şəhəri olan Odessanı Rusiyanın kriminal paytaxtına çevirdi. O, şəhəri idarə etdiyi qısa zaman ərzində Odessaya qüsursuz yapon mədəniyyəti gətirdi. Məhz buna görə də, xalq ona "Yaponçik" ləqəbini verdi.

Mişa Yaponçikin öz barədə daha öncə yazı verdiyimiz üçün bu məqalədə onun həyatın səthi toxunaraq, Bakıda yaşayan qızı barədə danışacağıq.

Beləliklə Mişanın qızı Adel haqqında yazını təqdim edirik:

Mişa Odessanın oğrularını bir yerə toplayıb, yakudza qanunları ilə yaşamağı təklif etdi. Daha düşüncəli işləməyi və kasıb təbəqədən heç nə oğurlamamağı tapşırdı. Odessa oğruları Yaponçiklə razılaşdılar.

Yaponçikin çox güclü aktyorluq qabiliyyəti var idi, həssas və pafoslu nitqi ilə insanları özünə inandırmağı bacarırdı.

1891-ci ildə Odessada doğulan Moisey hələ kiçik yaşlarından oğurluqla məşğul idi. Hətta 14 yaşında onu həbs etmişdilər. 12 il həbsdə yatan Mişka yenidən Odessaya geri dönür və həyatında yeni, müdrik səhifə açır.

Yaponçik 1918-ci ildə uşaqlıqdan aşiq olduğu Silya Avermanla ailə həyatı qurur. Silya Odessanın zadəgan yəhudi ailəsində dünyaya gəlmişdi. Onun Fransada neçə mülkü vardı. Toylarından 1 ildən sonra cütlüyün qızı Adel dünyaya gəlir.

Mişka həmin illərdə 4000 oğrudan ibarət komandanı idarə edirdi. Onun oğruları daim iş başında idilər və şəhərdə hakimiyyət tədricən dəyişirdi.

Yaponçik öz istəyi ilə Qırmızı Orduya yazılır. Onun tərəfdaşları da Mişadan nümunə götürüb, orduya yazılırlar. Cəsur oğru öz adamlarından ibarət 54-cü Sovet Ukrayna polkunu yaradır.

 

Nəhayət, 1919-cu ilin avqust ayında süvari diviziyanın komandiri Ursulov əlində məhkəmə qərarı olmadan Mişka Yaponçiki öldürüb, cəsədini dənizə atır. Bundan sonra Mişanın 23 yaşlı bacısı da şəhər xəstəxanalarının birində vəfat edir.

Yaponçikin sevimli arvadı da edam oluna bilərdi, odur ki, Silya 1923-cü ildə qızını qayınanası ilə qoyub Hindistana qaçır. Bir neçə ildən sonra isə, Fransaya gedir və ömrünün sonunadək orada yaşayır. Silya qızını yanına aparmaq üçün çox cəhd edir, hətta bunun üçün Fransadakı mülklərini satmaq istəyir. Lakin onun cəhdləri puç olur.

Adel ilə nənəsinə Bakı qucaq açır. O, ömrünün sonunadək Azərbaycanda yaşayır. Adel onu anasından məcburən ayıran nənəsini heç vaxt bağışlamır.

O, Gəncəyə köçüb uzun müddət bazarda satıcı işləyir, burada həyatının sonunadək hər kəsdən gizlətdiyi məşuqundan bir oğlu dünyaya gəlir.

Hazırda Mişa Yaponçikin nəticələri sağdır. Nənəsini Adeli xatırlayan Rada adlı nəvə onun haqqında bunları deyir: "Kralın qızı şahzadə nənəm Bakıda müsəlman qəbristanlığında dəfn olunub. O, özü belə istədi. Çünki mənim anamın (onun gəlini) Simanın valideynləri müsəlman məscidində dəfn olunmuşdu. Nənəm anama dedi ki, öz valideynlərini ziyarətə gələndə, mənim də qəbirimə gül qoyarsan". Onun məzar daşının üzərində "Adel xanım" yazılıb, nə soyadı, nə də atasının adı qeyd olunub.

Çağdaş dövrdə qıyıq gözlü yaraşıqlı Mişa Yaponçikin həyatından bəhs edən filmlər, seriallar və teatr tamaşaları kifayət qədər çoxdur.

Mişka Yaponçik günü bu gün də, Odessa xalqının böyük hörmətlə andığı şəxsiyyətdir. Bəziləri isə, şəhərdə Yaponçikin ruhunun dolaşdığını etiraf edirlər. Hətta şəhər kafelərindən birində çalışan Nataliya adlı gənc qız Mişanın ruhu ilə söhbət etdiyini deyir: "O, çox qəribə geyinmişdi. Qıyıq gözlü cavan oğlan idi. Çox yorğun idim. Məni kafedə oturub kofe içməyə dəvət etdi. Lakin onun nəzakətli təklifindən imtina etməli oldum. Ondan ayrılıb, bir neçə addım uzaqlaşanda anladım ki, bu Yaponçik idi. Geriye dönəndə heç kimi görmədim. O, yoxa çıxdı"./Publika.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
14:33 06.08.2026
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
14:28 06.08.2026
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
14:27 06.08.2026
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
14:27 06.08.2026
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
14:12 06.08.2026
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
14:01 06.08.2026
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır
13:58 06.08.2026
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır