“Rusiyanın ərazi bütövlüyünü pozmaq istəyirlər” - Putinin köməkçisi

“Rusiyanın ərazi bütövlüyünü pozmaq istəyirlər” - Putinin köməkçisi
SİYASƏT
11:06 26.07.2025
150
"NATO hərbi yolla Rusiyanın ərazi bütövlüyünü pozmaq istəyir”.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev deyib.

"Kalininqrad vilayətinə yönəlmiş hədələr NATO-ya üzv ölkələrin Rusiyanın suverenliyini və ərazi bütövlüyünü hərbi yolla pozmaq niyyətlərinin növbəti sübutudur. Kalininqrad vilayətinə ediləcək istənilən hücuma Rusiya bütün qüvvə və vasitələrilə dərhal cavab verəcək”, - o bildirib.

Bundan əvvəl ABŞ-nin Avropa və Afrika qoşunlarının komandanı general Kristofer Donahyu bəyan etmişdi ki, NATO və onun müttəfiqləri Kalininqrad vilayətini məhv etmək üçün bütün imkanlara malikdir. Onun sözlərinə görə, bu region hər tərəfdən NATO-ya üzv ölkələrlə əhatə olunub və bu bölgəni yer üzündən qısa müddətdə silə bilərlər.

OXŞAR XƏBƏRLƏR