"Rusiyanın göndərdiyi yükün Ağdam-Xankəndi yolundan keçməsini mühüm irəliləyiş kimi qiymətləndiririk"

"Rusiyanın göndərdiyi yükün Ağdam-Xankəndi yolundan keçməsini mühüm irəliləyiş kimi qiymətləndiririk"
SİYASƏT
10:55 12.09.2023
329
"Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə RQXC-nın yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə keçidi təmin olundu. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk".

AZXEBER.COM xəbər verir ki, bunu Xarici işlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın "12 sentyabr 2023-cü il tarixində Rusiya Qızıl Xaç Cəmiyyəti (RQXC) tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsullarının Ağdam-Xankəndi yolu vasitəsilə keçidi təmin olundu. Bu hadisəni necə şərh edərdiniz? Eyni zamanda, gündəmdə olan Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsi ilə bağlı Xarici İşlər Nazirliyinin şərhi nədən ibarətdir?" sualına cavabında deyib.

Onun sözlərinə görə, Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə isə Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir.

"Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır", - XİN rəsmisi vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
17:01 04.03.2025
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
“Komedixana”nın aktrisası nənə olacaq
16:48 04.03.2025
“Komedixana”nın aktrisası nənə olacaq
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
16:31 04.03.2025
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
16:27 04.03.2025
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
16:14 04.03.2025
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
16:09 04.03.2025
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
16:02 04.03.2025
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
Azərbaycan dili imtahanının nəticələri elan olundu
15:42 04.03.2025
Azərbaycan dili imtahanının nəticələri elan olundu
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
15:40 04.03.2025
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
15:27 04.03.2025
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
15:16 04.03.2025
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:10 04.03.2025
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
14:54 04.03.2025
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
14:42 04.03.2025
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
14:37 04.03.2025
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq
14:35 04.03.2025
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq