"Rusiyanın Gürcüstanda, Ukraynada nə işi vardı?" - Ərdoğan

"Rusiyanın Gürcüstanda, Ukraynada nə işi vardı?" -  Ərdoğan
DÜNYA
17:22 08.01.2016
2361

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD terrorçuları tərəfindən İraqın şimalında Türkiyə hərbi kontingentinin olduğu Başika təlim düşərgəsinə hücum faktına münasibət bildirib.

R.T.Ərdoğan hadisə zamanı 18 terrorçunun məhv edildiyini söyləyib: "Bu durum Başika düşərgəsi ilə bağlı atdığımız addımın nə qədər doğru olduğunu göstərir. Oradakı əsgərlərimizin və yerli qüvvələrə təlim keçən zabitlərimizin bu tip hadisələrə nə qədər hazırlıqlı olduğu da ortadadır. Yaxın keçmişdə İraq onların əsgərlərinə təlim keçməyimizi istəmişdi. Baş nazir İbadinin Türkiyəyə səfəri zamanı bunları danışmışdıq. Bizə təlim düşərgəsi üçün yer göstərən də onlar olub. Amma Rusiya Türkiyə ilə arasında problem yarandıqdan və Bağdadda İraq, Rusiya, İran və Suriya tərəfindən ortaq mərkəz qurulduqdan sonra vəziyyət mənfiyə doğru dəyişdi. Hazırda biz beynəlxalq hüquq nəyi tələb edirsə, ona əsasən hərəkət edirik". R.T.Ərdoğan Rusiyanı sərt tənqid edib: "Rusiya deyir ki, bizi Suriya hökuməti ora çağırdı. Hazırkı Suriya hökuməti legitim deyil axı. "BMT o cür qəbul edir" deyirlər. Qəbul edə bilər, amma siz hər çağırıldığınız yerə getmək zorunda deyilsiniz. Vaxtilə Gürcüstana niyə girdiniz? Çağırıldığınız üçün girdiniz? Nə işiniz vardı Gürcüstanda?! Ukraynaya çağırıldığınız üçün girdiniz? Niyə girdiniz Ukraynaya?! Suriyada İŞİD-ə qarşı mübarizə apardıqlarını bildirirlər. Xeyr, hazırda Rusiya Suriyada İŞİD-ə qarşı mübarizə aparmır. Tam əksinə, orada mötədil müxaliflərə qarşı, üstəlik, bizim türkmən soydaşlarımıza qarşı bombardman həyata keçirir. Dünən Bayırbucak türkmənlərini qəbul etdim, hamısı kəndlərinin bombardman altında olduğunu söyləyir. Təəssüf ki, vəziyyət bundan ibarətdir, lakin ciddi dezinformasiya ilə dünyanı aldatmağa çalışırlar".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Bütün İraq ərazisində elektrik verilişi dayandırıldı
21:45 04.03.2026
Bütün İraq ərazisində elektrik verilişi dayandırıldı
Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti
21:43 04.03.2026
Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti