Rusiyanın kredit reytinqi aşağı salındı

DÜNYA
13:12 21.02.2015
1694
Moody's Beynəlxalq Reytinq Agentliyi Rusiya ilə bağlı növbəti sarsıdıcı qərar verib.
Rusiyanın suveren kredit reytinqi "Baa3"dən "Ba1"ə endirilib.
Buna əsas səbəb kimi Ukrayna böhranı, neftin qiymətinin, rublun məzənnəsinin düşməsi göstərilib.
Bundan başqa, agentlik 2015-2016-cı illərdə Rusiyadan 400 milyard dollar həcmində kapitalın çıxarılacağını proqnozlaşdırır.
Rusiya Maliyyə Nazirliyi isə belə pessimizmə əsas görmədiklərini bildirdilər.
OXŞAR XƏBƏRLƏR