Rusiyanın Mədəniyyət naziri koronavirusdan sağaldı

Rusiyanın Mədəniyyət naziri koronavirusdan sağaldı
DÜNYA
15:31 14.05.2020
1052
Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova yeni növ koronavirusdan (COVID-19) sağalıb.

Bu barədə nazirin mətbuat katibi Аnna Usaçeva bildirib.

"Həkimlər onun işə çıxmasına icazə veriblər. Olqa Borisovna artıq işdədir və özünü yaxşı hiss edir. Xoşbəxtlikdən xəstəlik yüngül keçdi”, - deyə A. Usaçeva deyib.

Mətbuat katibi qeyd edib ki, O. Lyubimova evdə müalicə olunduğu müddətdə nazirliyin bütün şöbələri ilə daimi əlaqədə olub.

Qeyd edək ki, Mədəniyyət nazirinin koronavirusa yoluxması mayın 6-da məlum olub.
 
///APA
OXŞAR XƏBƏRLƏR