Rusiyanın Murmansk vilayətinin qubernatoru saxlanılıbda qubernator saxlanıldı

Rusiyanın Murmansk vilayətinin qubernatoru saxlanılıbda qubernator saxlanıldı
DÜNYA
21:43 23.11.2026
74
Büdcə vəsaitlərini mənimsəmə və dələduzluqda şübhəli bilinən Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibisrək Moskvada saxlanılıb.

AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk bildirib.

Onun sözlərinə görə, o, noyabrın 23-də mənimsəmə və qanunsuz valyuta əməliyyatları ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılıb.

"Rusiya DİN-in İstintaq Departamenti bir qrup şəxsin bir sıra cinayətlər törətməkdə ittiham olunmasına dair cinayət işi üzrə ilkin istintaqı davam etdirir. Murmansk vilayətinin qubernatoru Andrey Çibis noyabrın 23-də qeyd olunan cinayətləri törətməkdə şübhəli bilinərək Rusiya DİN-in əməkdaşları tərəfindən saxlanılıb", - Volk bildirib.

Qurumun məlumatına görə, iş üzrə təqsirləndirilənlər regional Tikinti Nazirliyinin büdcəsindən 39 milyon rubldan çox vəsaiti talamaqda, həmçinin Apatitı - Kirovsk avtomobil yolunun yenidən qurulmasına ayrılmış 1 milyard rubldan artıq vəsaiti israf etməkdə ittiham olunurlar.

Bundan əlavə, istintaq qanunsuz valyuta əməliyyatlarını da əhatə edir.

"Cinayət işinin istintaqının gedişatı Rusiya DİN-in İstintaq Departamentinin rəhbərliyinin nəzarətindədir", - Rusiya İrina Volk qeyd edib.

OXŞAR XƏBƏRLƏR