Rusiyanın Ukraynada itirdiyi təyyarə və helikopterlərinin sayı AÇIQLANDI

Rusiyanın Ukraynada itirdiyi təyyarə və helikopterlərinin sayı AÇIQLANDI
DÜNYA
10:19 05.03.2022
365
Ukraynada 9 gün ərzində Rusiyanın vurulan təyyarə və helikopterlərinin sayı açıqlanıb.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, fevralın 24-dən martın 5-dək Ukraynada Rusiyanın 39 hərbi təyyarəsi, 40 helikopteri vurulub.

Bildirilib ki, təkcə martın 4-də Rusiyaya məxsus 3 "Su-25” qırıcısı sıradan çıxarılıb.

Qeyd olunub ki, Rusiya Ukrayna ilə sərhədboyu 450 təyyarə və 250-dən artıq helikopter yerləşdirib.
OXŞAR XƏBƏRLƏR