Rus ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və pilotsuz uçuş aparatları ilə (PUA) endirdiyi zərbələr nəticəsində 8 nəfər həlak olub, 27 nəfər yaralanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hücumlar Kiyev, Poltava və Çerniqov vilayətlərini əhatə edib.
Kiyev meri Vitali Kliçko şəhərin müxtəlif rayonlarında infrastrukturun zədələndiyini və 2 nəfərin öldüyünü bildirib. Hücumlar səbəbindən bir çox sakin gecəni təhlükəsizlik məqsədilə metro stansiyalarında keçirib.
Poltava vilayətinin Kremençuk şəhərinə endirilən zərbələr nəticəsində 2 nəfərin öldüyü, 7 nəfərin yaralandığı açıqlanıb.
Çerniqov vilayətinin Priluki şəhərində isə raket hücumu nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücumlar zamanı müxtəlif tipli raket və PUA-lardan istifadə edilib. Hava hücumundan müdafiə qüvvələri 44 raket və 117 PUA-nı zərərsizləşdirib.
Gülay











































