Rusiyanın xalq artistində xərçəng aşkarlandı

Rusiyanın xalq artistində xərçəng aşkarlandı
MAQAZİN
12:41 12.03.2025
167
Rusiyanın 90 yaşlı Xalq artisti Valentina Talızinanın səhhətində problem yaranıb. 
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bir neçə gündür şiddətli ürəkbulanma və bədən ağrılarından əziyyət çəkən aktrisa xəstəxanaya yerləşdirilib.
 
Tibbi müayinə nəticəsində həkimlər aktrisada onkoloji xəstəlik olduğunu müəyyən ediblər.
 
Ona mədəaltı vəzi xərçəngi diaqnozu qoyulub. 

Xatırladaq ki, tanınmış aktrisa 1958-ci ildə Mossovet Teatrında (indiki Mossovet Dövlət Akademik Teatrı) işləməyə başlayıb. Karyerası boyu Valentina Talızina bir çox məşhur filmlərində, o cümlədən "Taleyin ironiyası, yoxsa həmişə təmizlikdəl?", "Bəxt ziqzağı", "Afonya", "Evlilik", "Gələcəkdən gələn qonaq" filmlərində rol alıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR