Rusiya hərbçilərinin cümə axşamı Dnepropetrovsk vilayətini raket zərbələri ilə atəşə tutması nəticəsində Dnepr şəhərində 5, Nikopol şəhərində isə 13 nəfər yaralanıb.
Bu barədə "Report” Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısakın məlumatına istinadən xəbər verir.
"Dneprdə raket zərbəsi nəticəsində yaralanan 5 nəfərin olduğu məlumdur. Onların hamısı xəstəxanaya yerləşdirilib. 55 yaşlı qadının vəziyyəti ağırdır. Qalanların vəziyyəti orta ağırdır. Bir nəfər ölüb. Xilasedicilər infrastruktur obyektində baş verən yanğını söndürməkdə davam edir”, - Lısak sosial şəbəkədə yazıb.
O qeyd edib ki, Nikopolda 13 yaralıdan 5-i xəstəxanaya yerləşdirilib, onlardan 4-nün vəziyyəti ağırdır.