Rusiyaya aid yük maşınlarının Ermənistana keçirilməsi dayandırıldı

DÜNYA
13:57 29.09.2020
6695

"Rusiya hərbi texnikasının İran İslam Respublikasının Şərqi Azərbaycan vilayəti ərazisində yerləşən Norduz sərhəd-keçid məntəqəsindən Ermənistana ötürülməsi həqiqətə uyğun deyil. Əsla belə bir şey yoxdur”. 

AZXEBER.COM-un Unikal.org-a istinadən isməlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin rəhbərinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlyar Rastqu deyib.

"Son günlərdə bəzi şəxslər virtual məkanda şəkillər və videolar yayaraq, Şərqi Azərbaycan vilayətinin sərhəd-keçid məntəqələri vasitəsi ilə Rusiya hərbi texnikasının "KamAZ” yük maşınlarında Ermənistana göndərildiyini iddia ediblər, ancaq həqiqət budur ki, bu avtomobillərlə heç bir hərbi texnika daşınmayıb. Sosial şəbəkələrdə yayılan görüntülər Ermənistanın Rusiyadan aldığı və İran ərazisindən keçən yük maşınlarına aiddir. Lakin bir daha qeyd edirəm ki, həmin yük maşınlarında heç bir hərbi texnika yoxdur. Bununla belə, hər hansı anlaşılmazlığın və ya mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə, Rusiyaya məxsus yük maşınlarının Norduz gömrüyündən Ermənistana hərəkəti dayandırılıb. Hazırda həmin yük maşınları müvafiq və dəqiq yoxlamalar aparılması üçün Norduz gömrükxanasının dayanacağına yerləşdirilib”, - deyə İran rəsmisi vurğulayıb.

Qeyd edək ki, son sutkada Təbrizdən 190 km şimal-qərbdə yerləşən Norduz terminalından "KamAZ” yük maşınlarının Ermənistan tərəfə keçməsi ilə bağlı video və fotolar yayılıb və həmin yük maşınlarında Rusiya hərbi texnikasının Azərbaycanla döyüş bölgəsinə daşındığı iddia edilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:15 28.10.2020

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - VİDEO

00:10 28.10.2020

Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi

23:35 27.10.2020

Tramp Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqladı

23:23 27.10.2020

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

23:11 27.10.2020

Vuruşmağa adam tapmayan Paşinyan bütün dünya ermənilərinə çağırış etdi

22:58 27.10.2020

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralandı - FOTO

22:40 27.10.2020

Bu gün məhv edilən Arutyunyanın maşınından geriyə qalan - FOTO

22:26 27.10.2020

Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya

22:10 27.10.2020

"Ermənilər Allah qarşısında günah işlədiblər, ona görə də müharibə bitmir" - Ermənistanın sabiq baş naziri

21:59 27.10.2020

Leyla Abdullayeva “Haber Global”a erməni terrorçularının Bərdəyə raket hücumu haqqında danışıb - VİDEO

21:35 27.10.2020

Ermənilərin işğal olunan ərazilərdən çıxarkən qoyub getdiyi və yiyə durmadığı qocalar – FOTO

21:27 27.10.2020

Türkiyənin Ədalət və İnkişaf partiyasının sözçüsü: “Azərbaycan Vətən müharibəsi aparır”

21:22 27.10.2020

Ermənilərin bu gün Bərdədə öldürdüyü 7 yaşlı Aysunun - Fotosu

21:17 27.10.2020

Müdafiə Nazirliyi: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur

21:01 27.10.2020

Ermənistanın sərhəd qoşunlarının qərargah rəisi vəzifədən qovuldu

20:40 27.10.2020

Prezidentin köməkçisi: “Ermənilər bizi vadar edir ki, ordumuz sərhəddə əks-həmlə tədbirləri həyata keçirsin”