Rusiyaya buraxılmayan, döyülən və həbs edilən azərbaycanlılar - SİYAHI

Rusiyaya buraxılmayan, döyülən və həbs edilən azərbaycanlılar - SİYAHI
14:30 29.08.2025
1637
Son dövrlər Azərbaycan və Rusiya arasındakı münasibətlərdə soyuqluq müşahidə edilir.

Münasibətlərin gərginləşdiyi bir dönəmdə azərbaycanın məşhur simalarının Rusiyaya buraxılmaması və onların hava limanında hüquq-mühafizə orqanları tərəfindən sorğu-sual olunmaları ciddi müzakirələrə səbəb olub. Rusiya onları guya anti-Rusiya mövqeyi sərgilədiklərinə görə ittiham edərək ölkəyə girişinə icazə vermir.

AZXEBER.COM son zamanlar Rusiyaya buraxılmayan, eyni zamanda bu ölkədə döyülən, saxlanılan və şiddətə məruz qalan azərbaycanlıların siyahısını təqdim edir.

Deputat Azər Badamov may ayında Rusiyaya buraxılmayıb və Azərbaycana qaytarılıb.

İyunun 28-də Yekaterinburqda Federal Təhlükəsizlik Xidməti Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlarda əməliyyat keçirərək 9 nəfəri saxlayıblar. Basqın zamanı iki azərbaycanlı qardaşlar qətlə yetirilib, digər azərbaycanlılar isə həbs olunub. Onların ömürlük həbs edilməsi ehtimalı var.

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski iyunun 1-də saxlanılıb. Daha sonra hər ikisi azadlığa buraxılsa da, M.Şıxlinski yenidən 2 aylıq həbs edilib. Şahin Şıxlinski isə avqustun 2-də yenidən həbs edilib.

"Dəyirman” qrupunun yaradıcısı, tanınmış prodüser Emin Əfəndi də avqustun 18-də Rusiyaya buraxılmayıb.

Müğənni Namiq Qaraçuxurlu ötən gün Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun Rusiyaya keçməsinə icazə verilməyib.

Dünən Moskva Satira Teatrının sabiq direktoru Məmməd Ağayev də saxlanılıb. O, büdcə vəsaitini mənimsəməkdə ittiham edilib.

Rusiyanın azərbaycan əsilli müğənnisi Nərgiz Zakirova Daşkənddən Moskvaya qayıdarkən saxlanılıb və Özbəkistana deportasiya olunub.

Bu gün isə tanınmış müğənni Şəbnəm Tovuzlu Rusiyaya buraxılmayıb.

Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Çelsi" və "Tottenhem" Sael Kembedi ilə maraqlanır
19:28 27.11.2026
"Çelsi" və "Tottenhem" Sael Kembedi ilə maraqlanır
İspaniya sahillərində qayıqda 10 miqrantın meyiti aşkarlanıb
19:15 27.11.2026
İspaniya sahillərində qayıqda 10 miqrantın meyiti aşkarlanıb
"Real" Braim Diasla müqavilənin müddətini uzadıb
18:59 27.11.2026
"Real" Braim Diasla müqavilənin müddətini uzadıb
Aleks de Souza Braziliya klubunun baş məşqçisi təyin olunub
18:45 27.11.2026
Aleks de Souza Braziliya klubunun baş məşqçisi təyin olunub
Batumidə saxlanılan "Beşiktaş" azarkeşləri sərbəst buraxılıb
18:33 27.11.2026
Batumidə saxlanılan "Beşiktaş" azarkeşləri sərbəst buraxılıb
"Beş ölkə döyüş maşınlarının alınması üçün 5,8 milyard dollarlıq müqavilələr imzalayıb"
18:19 27.11.2026
"Beş ölkə döyüş maşınlarının alınması üçün 5,8 milyard dollarlıq müqavilələr imzalayıb"
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
18:04 27.11.2026
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
17:58 27.11.2026
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Peşə təhsili üzrə qəbul nəticələri və pedaqoji şuraların fəaliyyəti müzakirə olunub
17:41 27.11.2026
Peşə təhsili üzrə qəbul nəticələri və pedaqoji şuraların fəaliyyəti müzakirə olunub
10 yaşlı oğlanı maşın vurub öldürdü
17:23 27.11.2026
10 yaşlı oğlanı maşın vurub öldürdü
Sabah bu ərazidə işıq kəsiləcək
17:23 27.11.2026
Sabah bu ərazidə işıq kəsiləcək
Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib
17:16 27.11.2026
Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib
"Gənclər üçün Maliyyə Savadlılığı Proqramı" təqdim olundu - FOTOLAR
16:48 27.11.2026
"Gənclər üçün Maliyyə Savadlılığı Proqramı" təqdim olundu - FOTOLAR
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
16:37 27.11.2026
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi
16:35 27.11.2026
Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
16:32 27.11.2026
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib