Rusiyaya gedən azərbaycanlılara yeni qadağa

Bütün Xəbərlər
13:32 14.04.2012
1686
Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti aprelin 16-da Azərbaycandan, Tacikistandan və Özbəkistandan Rusiyaya gələn sərnişinlərin əl yükündə və baqajda bitki məhsulları gətirmələrinə müvəqqəti qadağa tətbiq edib. Trend-in məlumatına görə, bu barədə Xidmətin məlumatında deyilir. Məlumatda bildirilir ki, qadağa bu ölkələrdən gələn sərnişinlərin əl yükü və baqajlarında Rusiya üçün karantin olan obyektlərin, yəni müxtəlif zərərvericilərin üzə çıxardılması hallarının tezləşməsi ilə əlaqədardır. “Bu ölkələrdən karantin məhsulların siyahısında olan mal partiyalarının idxalı onların beynəlxalq və Rusiyanın fitosanitar tələblərinə uyğunluq şərti ilə fitosanitar sertifikatların müşayiəti ilə həyata keçirilir”, - məlumatda deyilir. Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti hələ mart ayında həmin bu üç ölkədən sərnişinlərin əl yükündə bitki mənşəli məhsulların gətirilməsinə qadağa tətbiqinin mümkünlüyü ilə bağlı xəbərdarlıq etmişdi. Xidmətin məlumatına görə, 2011-ci ildən bu ilin mart ayına kimi Rusiya üçün karantin olan obyektlərin Azərbaycandan 9, Özbəkistandan 130, Tacikistandan isə 228 gətirilməsi halı aşkar edilib. Zərərvericilər həm məhsul partiyalarında, həm də sərnişinlərin əl yüklərində aşkar edilib. Ancaq əl yükündə məhsul fitosanitar sertifikatlarla müşayiət olunmur, müvafiq olaraq bu halda zərərvericilərin idxalı riskləri də yüksək olur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025