'Ruslan 93' yandı

Bütün Xəbərlər
13:27 18.05.2012
5802

Mayın 18-nə keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində güclü yanğın hadisəsi baş verib.

Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Qara Qarayev prospektində yerləşən “Ruslan 93” marketdə güclü yanğın başlayıb. Hadisə yerinə Nizami rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları ilə yanaşı Nərimanov və Sabunçu rayonlarının da 10-dan çox texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın çox güclü olduğundan yanğınsöndürənlər alovu ram etməkdə çətinlik çəkib.

OXŞAR XƏBƏRLƏR