Ruslan Ənvərliyə vəzifə verildi

Ruslan Ənvərliyə vəzifə verildi
SOSİAL
20:26 26.11.2026
48
Kənd Təsərrüfatı Nazirliyində kadr təyinatı olub.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Ənvərli Vətəndaş müraciətləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Ənvərli 2003-2008-ci illərdə Qafqaz Universitetində Menecment ixtisası üzrə bakalavr, 2023-2025-ci illərdə Azərbaycan Diplomatik Akademiyasında (ADA) Dövlət idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.

Bu təyinata qədər isə o, müxtəlif dövlət və özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.
OXŞAR XƏBƏRLƏR