Ruslar Medvedevlə Putin arasında qarşıdurmaya inanmırlar

Bütün Xəbərlər
12:08 27.04.2011
1553

AZXEBER.COM portalının BBC-yə istinadən verdiyi xəbərə görə, eyni zamanda ziddiyyətlər haqda məlumatları əsaslı hesab edənlərin sayı 20 faizdır.

Özüdə son il yarım ərzində belə düşünənlərin sayı təxminən 2 dəfə artıb.

Rusiyada növbəti prezident seçkilərinə 1 ildən az vaxt qalıb və sorğuda respondentlərin seçki vərəqəsində kimin adının olmasını istəməsi araşdırılıb.

38 faiz rəyi soruşulan istərdi ki, seçki vərəqəsində həm Dmitri Medvedev həm Vladimir Putinin adı olsun.

19 faiz ancaq Vladimir Putinin bülletenə salınması istəyir, 12 faiz ancaq Dmitri Medvedevin.

Birbaşa növbəti prezidentin kimin olacağına qaldıqda respondentlərin 39 faizi hesab edir ki, dövlət başçısı Vladimir Putin olacaq. 28 faiz hesab edir ki, Dmitri Medvedev.

O ki qaldı növbəti prezidentin kim olmasının nədən asılı olması məsələsinə, rəyi soruşulanların 32 faizi hesab edir ki, hər şey Medvedev-Putin cütlüyünün qərarından asılı olacaq.

Eyni sayda respondent hesab edir ki, hər şeyi seçicilər həll edəcək. Maraqlıdır ki, hələ yanvar ayında aparılan sorğuda eyni məsələyə yanaşma başqa cür idi. Onda cütlüyün qərarının əsas olacağını düşünənlərin sayı 43 faiz, seçicilərin rəyini əsas götürənlərin sayı isə 27 faiz idi.

 

OXŞAR XƏBƏRLƏR