Rüstəm Behrudi qardaşı oğlunun intiharından danışdı: Heç bir problemi yox idi

SİYASƏT
10:46 27.04.2021
3391
Xəbər verdiyimi kimi, ötən gün Bakıda intihar hadisəsi baş verib.

Belə ki, Binəqədi rayon sakini, tanınmış yazar Rüstəm Behrudinin qardaşı oğlu İsa İlham oğlu Alməmmədov yaşadığı binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.

AZXEBER.COM hadisənin təfərrüatlarını öyrənmək üçün Rüstəm Behrudi ilə əlaqə saxlayıb.

Rüstəm Behrudinin sözlərinə görə, intihar üçün heç bir səbəb olmayıb:

"İntihar hadisəsinə heç bir səbəb olmayıb, uşaqdır, 17 yaşı var idi. Səbəbini özümüz də bilmirik. 

Onun ailədə heç bir problemi də yox idi. O uşaq ömründə ata-anasına nəyinsə sualını verməyib. Evdən çıxıb gedib, şəhərdəki evlərinə. 12-nin yarısında çıxıb binaya və özünü atıb”. 

Rüstəm Behrudi deyib ki, mərhum ailəsi ilə bərabər yaşayıb: İsa valideynləri ilə birlikdə Qaraçuxurda yaşayırdı, hadisədən əvvəl heç kimlə birlikdə olmayıb".
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR