Rüstəm İbrahimbəyov Azərbaycana gələsi olmadı

SİYASƏT
16:30 28.07.2013
3895
Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun ölkəyə dönüşü təxirə düşüb.
AZXEBER.COM-un məlumatına görə, bu haqda Azadlıq qəzetinə Milli Şura sədrinin İcra Aparatının rəhbəri Eldar Namazov məlumat verib. 
O deyib ki, Rüstəm bəy əvvəlcə seçkilərdə iştirak etməsi üçün lazım olan vətəndaşlıqla bağlı sənədləri almalı, daha sonra Azərbaycana qayıtmalıdır. 
Eldar Namazov deyib ki, Milli Şu qərara alıb ki, iyunun 30-da 15 nəfərdən ibarət heyətlə Gürcüstana səfər etsin və Rüstəm bəylə seçki məsələləri orada müzakirə olunsun. 

OXŞAR XƏBƏRLƏR