Kiyevdə keçirilən 41-ci Beynəlxalq “Gənclik” kinofestivalında tanınmış Azərbaycan dramaturqu və ssenaristi Rüstəm İbrahimbəyova “Qızıl skif maralı” mükafatı təqdim olunub. Bu mükafat dünya kinematoqrafiyasına töhfəyə görə verilir. Rüstəm İbrahimbəyov “Səhranın bəyaz günəşi”, “Günəşdən usanmışlar”, “Sibir bərbəri” və s. məşhur filmlərin ssenari müəllifidir. Kiyev kinoforumu oktyabrın 30-dək davam edəcək.