Rüstəm İbrahimbəyov nəyə görə Azərbaycan xalqına düşmən kəsilib?

Rüstəm İbrahimbəyov nəyə görə Azərbaycan xalqına düşmən kəsilib?
KÖŞƏ
15:02 15.11.2012
2802
Bu yaxınlarda Baş nazirin müavini Elçin Əfəndiyevlə bağlı bir məqalə yazmışdım. Yazıya səbəb son dövrlər müxalif mətbuatının yeri gəldi, gəlmədi xalq yazıçısını tənqid etməsi idi. Elçin Əfəndiyev isə bu yazılara çox sakit reaksiya vermişdi: “Xahiş edirəm, məni siyasətə, çirkin oyunlara qatmayın”. Əslində bu bütün ömrü boyu Azərbaycan üçün yaşayıb-yaradan, doğma ölkəsini sevən insanın mövqeyi idi. Ziyalı dediyimiz şəxslər məhz belə olmalıdır, özündən çox xalqnın, dövlətinin rifahını düşünməlidir. Elçin müəlllim də məhz belə şəxslərdən olduğunu bir daha sübut etdi. Elə bu səbəbdən də ona həm müxalif, həm də iqtidar yönümlü şəxslər hörmət edir, xətrini çox istəyir. Ancaq çox təəsüf ki, elə ziyalılarımız da var ki, yalnız şəxsi mənafeyini güdür, bir az çətinə düşən kimi ətrafındakı hər kəsi zərbə altına qoymağı həyat prinsipi seçir. Belə ziyalılardan biri də Rüstəm İbrahimbəyovdur. Rüstəm bəyin son zamanlar tamamilə siyasi bəyanatlar verməsi, Azərbaycan hakimiyyətini və xalqını yeri gəldi-gəlmədi tənqid, hətta təhqir etməsi bir gənc kimi məni bu haqda yazmağa vadar etdi. Əslində onun hansı maraqlara, kimlərə xidmət etdiyi ortadadır. Vətəndaşlıq mövqeyi olmayan insandan hər nə desən gözləmək olar. Rüstəm İbrahimbəyov da son vaxtlardakı çıxışlarıyla, açıqlamalarıyla dediklərimi bir daha sübut edir. Bir rejissorun tamamən siyasiləşməsi qədər çirkin bir şey ola bilməz. Xalqın hörmətini öz kinolarıyla, əsərləriylə qazanmış Rüstəm İbrahimbəyov son zamanlar bu addan sui-istifadə etməyə başlayıb. Azərbaycan xalqı hər zaman öz dəyərlərini, şəxsiyyətləri qoruyan və onu müdafiə edən xalqdır. Hətta illər öncə rejissorun düşmənimiz ermənilər haqda dedikləri fikirlərə, onlara simpatiyasını açıq şəkildə göstərməsinə də insanlarımız göz yummuşdu. Ancaq çox təəsüf ki, bu cür reaksiya Rüstəm bəyi daha da həvəsləndirib. Belə ki, o bu yaxınlarda ermənilərlə görüşməyi planlaşdıran şəxslərə açıq dəstək verərək düşmənə simpatiyasını bir daha ortaya qoydu. Bundan başqa o 2008-ci ildə Rusiya Azərbaycan xalqını aşağılayan müsahibə vermişdi. Daşnaksütyun partiyasının üzvü Roman Balayanı Bakıya dəvət edən də məhz Rüstəm İbrahimbəyov idi. O Daşnaksütyun Partiyasının ki, 1918-ci ildə Azərbaycan xalqına qarşı soyqırım həyata keçirib, onminlərlə həmyerlimizi vəhşicəsinə qətlə yetirib. Əminəm ki, Rüstəm İbrahimbəyov bunları hamıdan yaxşı bilir və dərk edir. Sadəcə xalqımıza və dövlətimizə nifrət o qədər çoxdur ki, bu məsələlər Rüstəm bəyə çox xırda görünür. Rüstəm İbrahimbəyova xatırlatmaq istərdim ki, onu bu səviyyəyə çatdıran məhz Azərbaycan xalqı, Azərbaycan insanları olub. Əmin olun ki, əgər xalq sizi qəbul etməsi idi bu gün səcdə etdiyiniz Rusiya höküməti size yaxına da buraxmazdı. Düzdür ki, hər bir yaradıcı insanın fikirləri qeyri-adi olur və onlar hər zaman özlərini kütlədən ayrı hesab edirlər. Ancaq çox təəsüf ki, Rüstəm İbrahimbəyov bu gün öz düşündüklərini deyil, ona diktə olunan şeyləri deyil. Rüstəm bəy, bir şeyə əmin olun ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri sizi siyasətçi kimi heç vaxt qəbul etməyəcək. Ona görə də sizdən rica edərdim ki, ziyalılığınıza hörmət edin, onsuzda sual altında olan adınızı daha da ləkələməyin…Hacıbəy Heydərli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü