'Rüstəm İbrahimbəyov özünü uşaq kimi aparır' - Araz Əlizadə

SİYASƏT
17:45 26.07.2013
1977

'Rüstəm İbrahimbəyovu heç kim ciddi şəxs kimi qəbul etmir'Azərbaycanda ictimai rəy, ictimai mühit fomalaşmasaydı bu günlərdə 1990-cı illərin əvvəllərindəki kimi xalq Rüstəm ibrahimbəyovun arxası ilə qaçardı. Necə ki, o zaman Əbülfəz Elçibəyin ardınca qaçırdılar. Əksinə, ictimai rəy formalaşıb deyə camaat Milli Şuraya qeyri-ciddi bir qurum kimi yanaşır” 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib. O Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun son müsahibəsində “Azərbaycanda ictimai rəy yoxdur” sözünə münasibət bildirib.

Araz Əlizadə qeyd edib ki, Rüstəm İbrahimbəyov cəmiyyətdə qeyri-ciddi insan kimi tanınır:

“Rüstəm İbrahimbəyov cəmiyyətdə özünə qarşı qeyri-ciddi fikir formalaşdırıb. Bir-birinin ardınca özünün verdiyi müsahibələri özünü təkzib etdi. Atalar deyib ki, atı atın yanına bağlayarsan, rəngini götürməsə də, xasiyyətini götürər. Əvvəl söylədi ki, onun ikinci vətəndaşlığı yoxdur. Bunu şər, böhtan kimi adlandırsa da, ardınca bunu təmtəraqlı şəkildə bəyan etdi. Bunların hamısı yazıçı təxəyyülündən irəli gələn amillərdir. Buna görə də Rüstəm İbrahimbəyovu heç kim ciddi şəxs kimi qəbul etmir.

Araz Əlizadə Rüstəm İbrahimbəyovun Azərbaycan Prezidentinə hörmət etməməsi fikrinə də sərt münasibət bildirib:

“O ki, qaldı onun prezidentə qarşı hörməti olmadığını deməsinə bunu uşaq oyununa bənzədə bilərəm. Adətən uşağa bir oyuncaq verərsən, o sevinər. Ardınca geri alsan, qışqırar, ağlayar və.s. O Əliyevlər ailəsindən daimi hədiyyə almağa öyrəşdiyindən indi onlar haqqında bu cür bəyanatlar ilə çıxış edir. İndi Rüstəm İbrahimbəyovun əlindən hansısa torpaq sahəsi alınıbsa, onun bu cür yolu seçməsi təəccüblü deyil. İnsan 2 dəfə uşaqlıq yaşayır. Bir uşaq ikən, bir də yaşlaşanda. Rüstəm İbrahimbəyov də indi özünü uşaq kimi aparır”.

Fatimə İbrahimovaAZXEBER.COM

OXŞAR XƏBƏRLƏR