'Rüstəm İbrahimbəyovu klouna çeviriblər' - Partiya sədri

SİYASƏT
15:44 17.07.2013
2092

“Bu cüvəllağı hələ də siyasətdədir!?”

Azərbaycan Sosial Demokrat Partiyasının ( ASDP) sədri Araz Əlizadə Daxili Qoşunların sabiq komandanı, bu günlərdə AXCP-dən istefa verərək, Milli Şuraya qoşulacağını bəyan edən Fəhman Hacıyevin unvanına sərt ittihamlar səsləndirib.

AZXEBER.COM-a açıqlamasında ASDP sədri bildirib ki, Fəhman Hacıyev dələduzluq üstündə həbs olunub. Onun kimi qeyri-ciddi adamdan “qəhrəman” düzəltmək cəhtləri müxalifətin bərbad gündə, bərbad durumda olduğunu göstərir:

“Mən belə başa düşürəm ki Milli Şuraya Azərbaycanın “qaymaqlarını” cəlb edirlər. Milli Şuranın fəaliyyət prinsiplərinin nə dərəcədə olduğunun ən yaxşı nümunəsi Fəhman Hacıyevdir. O, dələduzluq, fırıldaqçılığa görə həbs olunub. Daha sonra isə Xalq Cəbhəsinin dövründə Daxili Qoşunların komandanı olub. Sonuncu dəfə Gəncədə vətandaş müharibəsinin başlanmasına şərait yaratmaqda təqsirkar bilinib.Görün bunların kadr qıtlığı necə böyükdür ki, bu cür adamları rahatca öz dəstələrinə əlavə edirlər. Bu cür insanların Milli Şuraya gəlməsi bir daha sübut edir ki, onlar Rüstəm İbrahimbəyovu “klona” çeviriblər.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR