Rüstəm İbrahimbəyovun ittifaqında ‘yarpaq dökümü’ davam edir

Rüstəm İbrahimbəyovun ittifaqında ‘yarpaq dökümü’ davam edir
Bütün Xəbərlər
13:22 25.01.2013
1352

Xalq artisti Rasim Balayevin istefasından sonra Azərbaycan Kinemotoqrafçılar İttifaqında gərgin anlar yaşanmaqdadır. İttifaqın digər katibi, Azərbaycanın ilk səs rejissoru olanƏsəd Əsədovda Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurumu tərk etmək niyyətindədir.

AZXEBER.COM-un Publika.Az-a istinadən verdiyi xəbərə görə, hələlik bu addımı atmasa da, katib çox güman ki, yaxın vaxtlarda qərarını verəcək: “Mən işləməyi sevən adamam, burda da vəziyyət qarışdı. Çox istərdim ki, Kinostudiyada mənə uyğun iş verilsin və mən enerjimi öz işimə sərf edim. Amma buna görə durub kiməsə müraciət etmək istəmirəm, özləri çağırsa, daha yaxşı olardı”.

Xatırladaq ki, Əsəd Əsədov Azərbaycanın ilk peşəkar səs rejissorudur. Saysız-hesabsız bədii və sənədli filmlərin səs rejissoru olub. Bədii film üzrə səs rejissoru kimi Azərbaycanda ilk dövlət mükafatı laureatı mükafatına layiq görülüb.

OXŞAR XƏBƏRLƏR