Rüstəm İbrahimbəyovun Milli Şuranı topladığı otel erməni dostunun imiş - FOTOLAR

SİYASƏT
17:50 30.07.2013
2713
Xəbər verdiyimiz kimi, Milli Şuranın üzvləri Tbilisidə bir araya gəlib. 
APA-nın əldə etdiyi məlumata görə, “Vera Palace” oteli erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsusdur və hazırda onun oğlu tərəfindən idarə olunur. A. Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun hazırda Ermənistan prezidenti Serj Sərkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir.
AZXEBER.COM-un məlumatına görə, Rüstəm İbrahimbəyovun da Andrey Nersesyanla yaxşı münasibəti var və bu səbəbdən şura üzvlərini ora dəvət edib. 
Tbilisidə yerləşən 4 ulduzlu Vera Palacedən fotoları təqdim edirik: 

OXŞAR XƏBƏRLƏR