Türkiyə millisinin qolkiperi Rüştü Rəcbər yığmadakı karyerasına son qoyub.
Həm Avropa, həm də dünya çempionatının medalçısı olan Rüştü sonuncu dəfə ötən gün Finlandiyaya 2:3 hesabı ilə məğlub olduqları matçda forma geyinib.O, oyundan sonra hər kəsə təşəkkür edib. Bununla da qolkiper 39 yaşında yığma karyerasına son qoyub.