Rüşvət almaqda təqsirləndirilən baş redaktor məhkəmə qarşısında

Rüşvət almaqda təqsirləndirilən baş redaktor məhkəmə qarşısında
MEDİA
11:51 20.09.2011
1856
Azərbaycanda rüşvətxorluqda təqsirləndirilən "Azərbaycan Gündəmi" qəzetinin baş redaktoru, Bakı şəhər sakini Elnur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
APA-nın xəbərinə görə, cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. 
Prosesin hazırlıq iclası sentyabrın 27-nə təyin olunub. 
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Məmmədov iyulun 10-da 1000 manat rüşvət alarkən tutulub. 
O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.
OXŞAR XƏBƏRLƏR