Rüşvət üstündə tutulan bölük komandirinə 8 il həbs cəzası

Rüşvət üstündə tutulan bölük komandirinə 8 il həbs cəzası
Bütün Xəbərlər
17:52 26.11.2011
1304
Azərbaycan Ordusunun rüşvətxorluqda təqsirləndirilən zabitinə hökm oxunub.
Bu barədə APA-ya Tərtər Hərbi Məhkəməsindən bildirilib.Məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah bölüyünün komandiri, kapitan Ramil Eyvazov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə), 311.3.4-cü (rüşvət alma – hədə qorxu tətbiq olunmaqla törədildikdə) və 331.2-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və işgəncə vermə) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR