Rüşvət verməyən uşaqlara bağçada "kotlet" verməyən direktordan daha bir qadağa

SOSİAL
13:46 14.09.2017
6184
Xəbər verdiyimiz kimi, Sumqayıtda yerləşən "Günəş” 11 nömrəli körpələr evi uşaq bağçası barədə mətbuatda silsilə xəbərlər yayımlanıb. 


AZXEBER.COM xəbər verir ki, bağçanın müdiri Esmira Behbudovadan şikayətçi olan valideyn deyib:
"Müdirə bağçaya 5-6 aydır ki, gəlib. Gələndən ancaq pul yığmaqla məşğuldur. Əvvəl bizdən bağçanı təmir eləmək adıyla pul yığdı. İndi isə yemək pulu adıyla hər valideyndən 20 AZN pul tələb edir. Valideynlər yığışıb şikayət etdik ki, axı Sumqayıt şəhər İcra Hakimiyyəti sizi yeməklə təmin edir. Dedi ki, hansı valideyn 20 AZN verməsə, onun övladına kotlet verməyəcəm. Dedik ki, axı uşaqdırlar, gözləri görür, baxıb şişə bilərlər. Qayıtdı ki, lap cəhənnəmə! Sonra bir valideyn söylədi ki, 20 AZN çoxdur, ona qarşılıq olaraq dedi ki, yarısı cibimə gedəcək. Övladlarımız ac qalmasın deyə məcburən pulu veririk, ancaq bu, qanunsuzdur. Özünə də demişik ki, şikayət edəcəyik. Deyir, kimə şikayət etmək istəyirsinizsə,edin”.

Valideynlərin dediyinə görə, müdir avtomobilini düz bağçanın həyətinə sürür. Halbuki qərar çıxmışdı ki, maşını bağça və məktəblərin həyətlərinə müəyyən məsafədə saxlamaq lazımdır. Bundan başqa qrupda əslində 20-22 uşaq olmalıdır, ancaq o bağçada qrupa 38 nəfər yığılıb. Uşaqlar yatmağa, oturmağa yer tapmırlar. Bağça ilə maraqlanmır. Ondan çox valideyn şikayətçidir. Siz deyin, axı uşaqlara "cəhənnəmə ağlasın” demək hansı pedaqogikaya sığır?!
7-8 valideyn yığışıb Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayətə gedəcəyik.

Adının çəkilməsini istəməyən digər valideyn isə bunları qeyd edir:

"O müdirə hər ay valideynlərdən 25 AZN pul tələb edilir. 20 AZN yemək pulu, 5 AZN isə fond pulu üçün. Pul verən valideynlərin uşaqları üçün ayrı menyu verilir, pul verməyənlər üçün isə ayrı. Valideyni pul verməyən uşaqlar adi sup və kaşa ilə qidalanırlar. Belə biabırçılıq olmaz, uşaqlara necə fərq qoymaq olar?! Həm də direktor özü gəlib qruplara nəzarət edir ki, pul verənlər yaxşı menyuya uyğun, pul verməyənlər adi yeməkləri yesinlər". Aylıq ödəniş qarşılığında uşaqlara təklif olunan sözügedən menyunu də əldə eləmişik.

Sumqayıtın 11 saylı bağçasında aylıq pul ödəməyənin uşağına kotlet verilmir?! - Valideynlərdən ŞİKAYƏT

Qeyd edək ki, 11 saylı bağça ilə bağlı şikayətlər bununla da bitmir. Sözügedən bağçanın uşaqların götürülməsi üçün valideynlərdən pul istənilməsi haqqında da şikayətlər olunur. Həmin şikayətlərə inansaq, övladının o bağçaya getməsini arzulayan valideyn azı 400-700 manat pulundan keçməlidir. Sumqayıt şəhər 5-ci mikrorayon ev 15/132-də yaşayan Əlimərdanov İsrafil Hətəm oğlu 11 saylı bağçanın rəhbərindən çox gileylənir. O hətta bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova da məktub ünvanlayıb. Məktubun qısa mətnini diqqətinizə çatdırırıq:

Himayəmdə iki azyaşlı övladım var. Hər bir Azərbaycan vətəndaşı kimi övladımı ərazimizdə olan bağçaya qoymaq istəyirik. Ərazimizə yaxın olan bağçalar 5-ci mikrorayonda yerləşən 44 saylı və 1-ci mikrorayonda yerləşən 11 saylı bağçalardır. Amma heç birində yer yoxdur. Daha doğrusu yaxınlaşanda bizə belə deyirlər ki, yer yoxdur. Əslində məlumatımız var ki, "başqa yollar”la başqa ərazi və mikrayonlarda yaşayanlar gəlib uşaqlarını ora qoyurlar. Amma mən həmin ərazidə yaşaya-yaşaya övladımı bağçaya düzəldə bilmirəm. Onuda qeyd etmək istəyirəm ki, bu problemimiz demək olar ki 2 ildir davam edir. Mən övladımı baxçaya düzəldə bilmirəm. Deyirlər, get gələn il gələrsən. Gedirik, deyirlər yerimiz yoxdur. Bir sözlə, bizi dolayırlar.

Valideynlər tərəfindən irəli sürülən iddialara cavab tapmaq üçün 11 saylı bağçanın müdiri Esmira Behbudova ilə əlaqə saxladıq. O, qısa şəkildə iddiaları təkzib edərək, dəstəyi üzümüzə asdı: "Yalnış məlumatdır. Bütün suallarınızı mənə yox, İcra Hakimiyyətinə yönləndirməlisiniz". Xatırladaq ki, bir müddət öncə də digər əməkdaşımız Esmira xanıma zəng edəndə yenə kobudluq edərək telefonu söndürmüşdü.

AZXEBER.COM-un məlumatına görə, mətbuatda yayımlanan bu xəbərdən sonra direktor daha da qəzəblənib və uşaqlara daha bir sanksiya qoyub. Belə ki, pul verən uşaqlar bir cərgədə, verməyənlər isə başqa cərgədə əyləşdirilib. Pul verənlərə "kotlet, peraşki" verilib, digərlərini isə yemək verilməyib. 

O eyni zamanda deyib ki, geri addım atmayacaq. Maraqlısı odur ki, direktor avtomobilini də bağçanın həyətində saxlayıb. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir