Rüşvətə alarkən həbs olunan baş həkim azadlıqda

Rüşvətə alarkən həbs olunan baş həkim azadlıqda
SOSİAL
13:54 24.07.2017
860
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara verilən arayışlara görə rüşvət alarkən həbs olunan Narkoloji Dispanserin baş həkimi Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə prosesu yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Hüseyn Həsənov və həbsdə olmayan digər təqsirləndirilən Mətanət Şamçiyevaya şərti cəza verilib. Həbsdə olan H.Həsənov məhkəmə zalından azadlığa buraxılıb.

OXŞAR XƏBƏRLƏR