Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb

Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
DÜNYA
01:57 25.06.2025
590
Son 10 il ərzində NATO-nun hərbi xərcləri 1 trilyon dollar artıb və yaxın illərdə bu rəqəm "daha bir neçə trilyon” dollar səviyyəsində yüksələcək.

Bu barədə NATO-nun baş katibi Mark Rutte Niderland kralının sammit iştirakçıları üçün təşkil etdiyi rəsmi qəbulda çıxışı zamanı bildirib.

"Hərbi xərclər son 10 ildə 1 trilyon dollar artıb və bu, Prezident Trampın sayəsində baş verib. O, bizi irəliyə aparmağa vadar etdi. İndi isə bu xərclər daha bir neçə trilyon dollar artacaq”, – Rutte qeyd edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR