Rövnəq Abdullayev Berti Foqtsdan danışdı

İDMAN
12:00 04.11.2011
1704
Trend-in məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib ki, İcraiyyə Komitəsinin iclası çağırılacaq və müvafiq qərar qəbul ediləcək. "Biz hələ qərar verməmişik, Berti Foqtsla da danışmamışıq", - Abdullayev deyib. AFFA prezidenti ötən mərhələ üçün Foqtsun başçılığı altında Azərbaycan yığmasının normal futbol sərgilədiyini bildirib. "Avropa çempionatının seçmə mərhələsini keçmək üçün gərək futbol inkişaf etsin. 12 klubunun oyunçularının yarısı yüksək səviyyəli futbolçular olsunlar", - o deyib.

OXŞAR XƏBƏRLƏR