Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət tərəfindən verilmiş 15000 (on beş min) manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da birdəfəlik maddi yardım ayırıb.
AZXEBER.COM SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, şirkət prezidenti dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə SOCAR tərəfindən 5000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında sənəd imzalayıb.