xari

Rövnəq Abdullayev "Qazprom"la imzalanmış yeni müqaviləni şərh etdi

İQTİSADİYYAT
16:39 23.01.2012
1868
"Biz Rusiyanın "Qazprom" şirkəri ilə çox xeyirli şərtlərlə bu müqaviləni bağladıq". Bunu ANS-ə eksklüziv açıqlamasında Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Rusiyanın "Qazprom" şirkəti ilə ARDNŞ arasında imzalanmış yeni müqaviləyə münasibət bildirərkən belə deyib.R. Abdullayevin sözlərinə görə, sənəd 2012-ci ildə Azərbaycana ildə 3 mlrd kub metrə qədər qaz satmaq haqqını qazandırır. ARDNŞ prezidentinin sözlərinə görə, 2009-cu ildə bağlanmış müqavilədəki şərtlər isə olduğu kimi qüvvədə qalır."Bizə çox xeyirli şərtlərlə bu müqaviləni bağlamışıq", deyə R. Abdullayev qeyd edib.

OXŞAR XƏBƏRLƏR