SOCAR prezidenti Rövnəq Abdullayev Tiflisdə dövlət rəsmiləri ilə görüşlər keçirib.
Görüşdə baş nazir Georgi Kvirikaşvili, həmçinin Gürcüstanın enerji naziri, nazirin müavini iştirak edib.
Yerli medianın yazdığına görə, bütün suallara SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədovun cavab verəcəyi gözlənilsə də, şirkətin prezidenti R.Abdullayev gözlənilmədən Gürcüstana səfər edib. Görüş bağlı qapılar arxasında keçirilib.
Gürcüstanın enerji naziri Kaxa Kaladze görüşdən sonra bildirib ki, hazırki dövrdə defisiti Azərbaycandan alınan təbii qazla doldurmaq mümkün deyil.
///Qafqazinfo