Rövşanə verlişində Hadı Rəcəbliyə sataşdı – VİDEO

Rövşanə verlişində Hadı Rəcəbliyə sataşdı – VİDEO
Bütün Xəbərlər
16:01 30.03.2015
3370
“İndi bilirsiniz də müəllimlərə təklif olub ki, saat 7-dən sonra daş daşısınlar, hörgü hörsünlər, bənnalıq eləsinlər”
Həftənin bazar günləri ANS telekanalında yayımlanan “Bazar səhəri” verilişində “qadınlar klubu” keçirilib.
Müxtəlif peşələrin sahibləri olan 5 tanınmış qadının qonaq olduğu verilişdə qadın və kişilərlə bağlı bir çox mövzular müzakirə olunub. Daha sonra aparıcı Rövşanə Bektaşi 5 xanıma “Ailə qurardım: 1) sürücü ilə, 2) müəllim ilə, 3) biznesmen ilə..?”sualı ilə müraciət edib.
Suala “biznesmen” cavabını verən 4 qadından fərqli olaraq tanınmış müğənni Firuzə İbadova “müəllim” deyib. Müğənninin cavabını eşidən aparıcı “İndi bilirsiniz də müəllimlərə təklif olunub ki, saat 7-dən sonra daş daşısınlar, hörgü hörsünlər, bənnalıq eləsinlər” fikrini səsləndirib.///A24.az
Verilişdən olan videogörüntünü təqdim edir:
OXŞAR XƏBƏRLƏR