Şəmkir korpusunun komandiri, general-leytenant Rövşən Əkbərov bu gün Bakı korpusunun komandiri təyin edilib.
Müdafiə Nazirliyindəki mənbələr musavat.com saytının yaydığı bu məlumatıtəsdiqləyiblər.
General Rövşən Əkbərov hazırkı hakimiyyətə ən sadiq kadrlardan hesab olunur.
Xatırladaq ki, general Əkbərov bundan əvvəl də Bakı korpusunun komandiri olub. Lakin rotasiya qaydasında 2011-ci ildə Şəmkir korpusuna komandir təyin edilib.