''Rövşən!', 'Rövşən!' deyib o qədər qışqırdı ki...'

KÖŞƏ
09:39 10.08.2012
2892
Seymur VerdizadəLondon Yay Olimpiadasında Azərbaycan xalqına qələbə sevinci yaşadan Valentin Xristovun uğuru barədə xəbəri 6 yaşlı qızım mənə çatdırdı. Mən, Xədicədən bürünc medal qazanan idmançımızın kim olduğunu soruşanda, o, nə qədər çalışsa da, Valentin Xristovun adını tələffüz edə bilmədi.
Təbii ki, buna görə mən hələ yazıb-oxumağı bacarmayan qızımı tənbeh etmədim. Amma Azərbaycanın idman siyasətini həyata keçirən adamlardan bir suala cavab almadan rahatlıq tapa bilməyəcəm: 9 milyon əhalisi olan bu ölkədə çiyinlərini 159 kiloqram yükün altına verməyi bacaran bir igid tapılmadımı?London Yay Olimpiadasında gümüş medalın sahibi olan Rövşən Bayramovun finala vəsiqə qazanması bizim ailədə sevinclə qarşılandı. Xədicə özündən 6 yaş böyük olan qardaşı ilə birlikdə “Rövşən!”, “Rövşən!” deyib o qədər qışqırdı ki, yaşadığımız binada Azərbaycan idmançısının uğurundan xəbər tutmayan bircə adam qa qalmadı. Uşaqların başlarının üzərinə qaldırdıqları Azərbaycan bayrağı ilə evdə dövrə vurmaları məni əməlli-başlı kövrəltdi. Final görüşündə məğlub olsa belə, biz Rövşənin gümüşünü qızıl medal kimi qəbul etdik. Azərbaycan pəhləvanının qələbəsindən bizim hamımıza pay düşdü...London Yay Olimpiadasında çıxış edən avarçəkənlərimizin finala vəsiqə qazanması da bizi çox sevindirdi. Amma nəinki 6 yaşlı qızım, heç 6-cı sinifdə oxuyan oğlum da Sergey Bezuqlı və Maksim Prokopenkonun adını düzgün tələffüz edə bilmədi. Mən, London Yay Olimpiadasında çıxış edən Azərbaycan idmançıları arasında legionerlərin çoxluq təşkil etməsinə görə ilk dəfə həmin gün məyus oldum. İstəyirəm ki, mənim ölkəmin bayrağı altında çıxış edən idmançıların adı, soyadı, hətta xarici görünüşü də mənə oxşasın. Eynən Rövşən Bayramov kimi, Emin Əhmədov kimi...London Yay Olimpiadasında çıxış edən Azərbaycan idmançılarının aktivinə ikinci gümüş medalı yazdıran Mariya Stadnikin finala vəsiqə qazanmasını isə mənə Şahin dedi. O, ötən gün olunan xəbərdarlıqdan nəticə çıxardığı üçün güləşçimizin adını dəqiq tələffüz etdi. Xədicə isə gümüş medalın sahibi olan qadın güləşçimizin kimliyi ilə bağlı suala sualla cavab verdi: “Ata, Mariyanı tanımırsan?” Mən, dərhal başa düşdüm ki, Şahin nə qədər çalışsa da, Londonda gümüş medalın sahibi olan Mariya Stadnikin soyadını bacısına əzbərlədə bilməyib.İndi bildinizmi, London Yay Olimpiadasında medal qazanan idmançılarımızın qələbəsinə niyə ürəkdən sevinə bilmirəm? İstəyirəm ki, Azərbaycana qələbə sevinci yaşadan idmançılarımızın adı bu ölkənin körpə fidanlarının dilinin əzbəri olsun. Amma mən neyləyim ki, Prokopenkonun soyadı nəinki uşaqların, heç böyüklərin də dilinə yatmır...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub