Röya Ağdamın işğal günü konsert verməsi xəbərinə münasibət bildirdi
MAQAZİN
12:28 26.07.2012
2805
Müğənni Röya bir sıra mətbuat orqanlarında onun Ağdamın işğalı günü, yəni iyulun 23-də konsert verməsi ilə bağlı xəbərlərinə aydınlıq gətirib. Gün.Az xəbər verir ki, Röyanın prodüseri Kənan Bayramov müğənninin Ağdamın işğal günündə konsert verməsi kimi xəbərləri yanlış adlandırıb.Qeyd edək ki, Röya Rusiyanın estrada ulduzu Leonid Aqutinlə birlikdə Milli Mətbuat Günü, yəni iyulun 22-də eyni səhnəni paylaşıb.“Röyanın konserti 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuşdu. Bu xəbərləri yayanlar Röyanın paxıllığını çəkənlərdi. Biz konsertlə yanaşı, bəzilərinin ürəyini də partlatdıq. Bizim hər bir uğurlu layihəmiz belə sonuclanıb”.K.Bayramov Röyanın konsertdən sonra dincəldiyini qeyd edib.“Röya bu olanları çox sakit və normal qarşılayır. Bilirdik ki, kimsə bu uğurumuzu həzm edə bilməyib, bu cür yollara əl atacaq. Amma onlar da gedib, bu cür uğurlu layihə etsinlər, sonra söhbət edərik. Boş-boş danışmaq əvəzinə, iş görmək lazımdır”.