Azərbaycanın Xalq artisti, müasir estrada musiqisinin sevilən siması Röya Ayxan yeni klipini tamaşaçıların ixtiyarına verib
AZXEBER.COM xəbər verir ki, müğənninin fərqli tərzi ilə təqdim etdiyi yeni mahnı "Nuş olsun” adlanır.
Layihə həm musiqi, həm də vizuallıq baxımdan yüksək səviyyədə hazırlanıb. Bəstənin söz müəllifi tanınmış şair Altay Yaşar, musiqi müəllifi isə istedadlı bəstəkar Fərid Kərimlidir.
Klipin rejissoru peşəkar ekran işləri ilə seçilən Cəlal Kəngərli, prodüseri isə Kənan Bayramovdur.
"Nuş olsun” klipi artıq müxtəlif rəqəmsal platformalarda yayımlanıb və ilk gündən etibarən izləyicilər tərəfindən böyük maraqla qarşılanır.
Aysel