"Röya çətinə düşəndə "arxandayam" dediyi insanlar onu müdafiə edə bilməyəcək"

"Röya çətinə düşəndə "arxandayam" dediyi insanlar onu müdafiə edə bilməyəcək"
MAQAZİN
16:56 28.11.2016
10160
Xəbər verdiyimiz kimi əməkdar artist Röya Ayxan Heydər Əliyev Sarayında baş tutan konsertinə media nümayəndələrinin bir qismini buraxmayıb.
 
AZXEBER.COM-un məlumatına görə, bu addımdan sonra Röya Azərbaycan mətbuatının kəskin tənqidinə məruz qalıb. İstər sosial şəbəkələrdə, istərsə də xəbər saytlarında müğənninin əleyhinə statuslar paylaşılıb, xəbərlər yazılıb. 
 
Məsələylə bağlı "facebook"da media kapitanları fikirlərini paylaşıb. 
 
"Qafqazinfo" xəbər saytının baş redaktoru Elbrus Ərud yazıb: "Deyir Tolik Röyaya qahmar çıxıb, status yazıb ki, hansısa saytın 6 yaşı var, amma Röya daha qədimdir. Adə, ay qivlasiz... Sənə nə deyək?"
 
APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı media ilə bağlı maraqlı paylaşım edib: "Silah qorunmaq üçündü. Amma həm də öldürə bilir. Media silahdır. Qoruduğu kimi öldürə də bilir..."
 
"Müsavat" qəzetinin əməkdaşı Könül Ibrahim: "Bunlar hələ başa düşməyiblər ki, söhbət bilet, konsertə baxmaq söhbəti deyil. Tənqidə açıq olmaq lazımdır. Röyanın üzərinə ona görə gedirlir ki, jurnalisti hədələdi və təhqir etdi. Tolik yazıb ki, Röyanı satan varlanıb, alan da çoxdan alıb. Allah xeyir versin nə deyək"
 
 Qeyd edək ki, bu hadisədən sonra Röya haqda bir neçə saytda yazı yayımlanıb və onun lüt şəkilləri yenidən gündəmə gəlib. 
 
Müğənni özü isə tənqidlərə belə cavab verib: "Başa düşürəm ki, bu yazılarla oxucu sayı artırırsınız. Amma sizə həddinizi aşmamağı məsləhət görərdim. Çünki, o məqalələri yazanlar gözümün önündə böyüyən balaca uşaqlardır və nə vaxtsa fanat idilər. Hər il sizinlə eyni şeyi yaşayırıq. Amma artıq bundan sonra işimizi ciddi görək. Sizi qonaq da, qanuni akkreditasiyadan keçməyə də dəvət etdik gəlmədiniz. Vallah sizin pafosunuz məndən çoxdur. Konsertlər, xəbərlər çox olacaq. Ona görə gələcəyi düşünün. Azyaşlı media əhli qanunu öyrənin! Düşünürəm bu bir növ uğursuzluqdandır. Adım sizə halal olsun, amma yenə də deyirəm həddiniz aşmadan..." 
 
Müğənni haqda ən kəskin yazını isə "lent.az" saytı yazıb. "Haram olsun sənə, Röya" adlı yazıdan sitat: "İt itliyi ilə ona nə vaxtsa bir sümük verən adama ömür boyu vəfa hiss edir, sədaqət göstərir. Ancaq it deyib keçməyək, söhbət dünyanın ən vəfalı heyvanından gedir, insandan yox. Bu da heç. İtlərə verdiyimiz sümüklər halal xoşları olsun. Onlar o sümükləri heç vaxt unutmur, yaxşılığı qiymətləndirir”.

Xatırladaq ki, müğənni "İnstaqram" səhifəsində Qafqazinfo.az saytının əməkdaşı Elvin Elxanı rəyinə görə təhqir edib: "Elvin, çox gülməlisən. Yaxşı maaş alsaydın, sənə dava açardım. Amma yazığım gəlir sənə. Odur ki, dinmirəm. Bu arada "Xəzər" televiziyası ilə müqavilə var, mən 100 yox, 4 verilişə çıxmışam. Ağıllı ol, çünki 5 il çox vaxt deyil, mənə vaxt qoyanlar arasına girmə, oğulcuq. Gələndə o qədər axmaq-axmaq suallar verirsiniz ki, adamın olmayan əti tökülür. Sizin yeriniz "İnstaqram"-dır, oradan oğurlayıb, yazın. Elvinsən, nəsən, şübhən varsa, biletlər 2 ay öncə satılıb". Əməkdar artist daha sonra jurnalist barədə ikinci statusunu yazıb: "Konsertə yazarları buraxmayanlara "çox sağ ol" deyirəm. Heydər Əliyev Sarayı bu qanunu yaxşı ki, çıxarıb. Qoy, gedib hesablarını ora ilə aparsınlar. Elvin Elxan, bir də başından böyük qələt edib, adımı yazarsan, eşitdin? Vəkillər startdadır".
 
Röya daha sonra statuslarını silib.
 
Sonda qeyd edək ki, medianın əsl gücü yalnız situasiya yetişəndə ortaya çıxır. Adi vaxtlarda isə məşhur simalar həmin situasiyaya zəmin yaradır. Necə ki, Röya və onunkimilər da son yanaşmasıyla həmin kritik məqam üçün mediaya ağır artileriya vermiş oldular. Sabah bu məşhurlar da çətinə düşəndə məşhur mahnıda deyildiyi kimi onları nə "hacı"lar, nə hocalar, nə də "arxandayam" dediyi insanlar müdafiə edə bilməyəcək.
 
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Od çərşənbəsidir
00:04 03.03.2026
Bu gün Od çərşənbəsidir
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
23:58 02.03.2026
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
23:50 02.03.2026
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
Hörmüz boğazında tanker yanır
23:40 02.03.2026
Hörmüz boğazında tanker yanır
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
23:26 02.03.2026
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
23:21 02.03.2026
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
23:13 02.03.2026
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
22:57 02.03.2026
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
22:46 02.03.2026
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
22:35 02.03.2026
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
22:28 02.03.2026
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
22:15 02.03.2026
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
22:07 02.03.2026
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
21:54 02.03.2026
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
21:43 02.03.2026
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
21:34 02.03.2026
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib