Röya konsertdən imtina etdi: "Tarkanın səhnəsi mənim nəyimə gərəkdir?"

Röya konsertdən imtina etdi: "Tarkanın səhnəsi mənim nəyimə gərəkdir?"
ŞOU-BİZNES
16:04 25.12.2011
2926

Müğənni Röya Ayxan yerli telekanallardan birinə konsertinin vaxtının dəyişilmə səbəbini açıqlayıb.

AZXEBER.COM xəbər portalı day.az saytına istinadən bildirir ki, Röya bunları deyib: 

"Kənana (Kənan Bayramov - Röyanın prodüseri - red.) konsert üçün müxtəlif yerlər vəd etmişdilər. O da inanmışdı. Mənsə başa saldım ki, hamıya inanmaq olmaz, əvvəlcə hər şeyi öz gözünlə görmək lazımdır. Sonra bizə bir kağız gəldi. Orada qeyd olunmuşdu ki, təşkilatçılara 160 min verməliyik. Bu məbləği də onlar, sən demə, səhnə və işıq üçün tələb edirmişlər. Konsertə hazırlığın son mərhələsində baxıb gördüm ki, onlar Tarkanın səhnəsini təkrarlayıblar. Yəqin elə biliblər ki, mən uşağam, səhnəyə təzə çıxmışam, heç nə də bilmirəm. Tarkanın səhnəsi mənim nəyimə gərəkdir?"Müğənni konsertin vaxtı barədə də danışıb:
OXŞAR XƏBƏRLƏR