Röya Tbilisidə ilk konsertini verdi - VİDEO

Röya Tbilisidə ilk konsertini verdi - VİDEO
MAQAZİN
10:39 26.05.2026
257
Xalq artisti Röya Ayxan Gürcüstanın paytaxtı Tiflisdə ilk dəfə solo konsert verib.

AZXEBER.COM xəbər verir ki, Pop kraliça "Tbilisi Sports Palace” arenasında izdihamla keçən konsert boyu keçmişdən bugünə sevilən hitlərini ifa edib.

Sənətçi səhnə obrazı ilə diqqət mərkəzində olub. Röya Ayxanın makiyajı Babək Qədirova, saç düzümü Roman Məmmədova məxsusdur. Geyim isə xarici brendlərdən birinə aiddir.

Röya Ayxanı səhnədə musiqiçiləri müşayiət edib.

Konsertdə Röya Ayxanın qardaşı İsmail Zadə də iştirak edib. Onlar birlikdə "Nankor" duetlərini səsləndiriblər.

Anşlaqla keçən konsertdən görüntüləri təqdim edirik:
 
Aysel

OXŞAR XƏBƏRLƏR