Röya yeni görünüşdə - FOTOLAR

MAQAZİN
10:45 16.03.2012
4074
Ancaq müğənni saç düzümündən daha çox geyimlərinə üstünlük verir. Yeni ayaqqabı və köynək alan Röya fərqli zövqə sahib olduğunu bir daha sübut etdi.
Azərbaycan estradasının ən məşhur müğənnilərindən olan, gənclərin sevimlisi Röya Ayxan imicində azca dəyişiklik edib. Milli.Az-ın fotokamerasına tuş gələn müğənni saçlarının rəngini bir az da açdırıb. Elə düzümünə də əl gəzdirən Röya indi daha da gözəl görsənir.Ancaq müğənni saç düzümündən daha çox geyimlərinə üstünlük verir. Yeni ayaqqabı və köynək alan Röya fərqli zövqə sahib olduğunu bir daha sübut etdi.Belə ki, o, köynəyinin üzərində olan aksesuarları ayaqqabılarına uyğun seçib. Şəkillərdə də xırda nüansı seçmək çətin deyil.Ancaq ekslüzivliyə üstünlük verən müğənnidən yeni alış-verişinə xərclədiyi məbləği öyrənmək istədik. Röya yenə də fərqli açıqlama verdi: “Mən heç vaxt aldığım paltarlarların qiymətini bilmirəm. Çünki heç vaxt bir paltarın pulunu ödəməmişəm. Mən geyimlərinin pulunu hər ayın axırı ödəyirəm. Hər həftə gedib alıram. Qiymətini belə, soruşmayıb gəlirəm. Ayın axırı isə onlar hesablanır və birdəfəlik ödəyirəm. Təxminən 30-40 min xərcim çıxır. Prodüserim Kənan da pulları yığıb, hər ay sözün əsl mənasında “daşıyır” dükana”.Qeyd edək ki, Röya yeni görkəmi ilə il dəfə olaraq “Rəngarəng” verilişinin Novruz bayramı buraxılışına çəkildi.

OXŞAR XƏBƏRLƏR