Röya özü haqda oxudu - KLİP

MAQAZİN
19:22 06.07.2012
3729

Bir neçə gün bundan öncə 30 yaşı tamam olan Azərbaycan estradasının 1 N-li müğənnisi Röya Ayxana edilən hədiyyələrdən biri nəhayət mətbuata da təqdim olundu.

AZXEBER.COM-un məlumatına görə, bu, Röyanın repertuarında hit olan, elə öz adı ilə bağlı “Röyayam” mahnısına hazırlanan klipdir. Klipə rejissorluğu Lider TV-nin “Fotoşok” verilişinin aparıcısı Novruz Məmmədov edib. Bu işdə ona elə “Röyayam” mahnısının söz müəllifi Ülviyyə Alovlu dəstək olub. Yeri gəlmişkən, bu klip Novruzun ilk rejissor işidir. Klipin əsas ana xəttini Röyanı Röya edən çılğın xasiyyəti, möhtəşəm səhnə performansı və tamaşaçı sevgisi təşkil edir. 

OXŞAR XƏBƏRLƏR