Röyanın düşmənləri məlum oldu

MAQAZİN
07:32 23.08.2012
2583
Şou-biznesin küsülülərinin sayı bitmək bilmir, bir müğənninin barışıq xəbərini eşitməmiş, digərinin dalaşdığı xəbəri yayılır. Küsülülərin siyahısına isə Röyabaşçılıq edir. Belə ki, bir çox müğənnilər onunla danışmırlar. Biz isə Röya ilə küsülü olan bir neçə sənətçimizin adını və nə səbəbə danışmadıqlarını öyrənməyə çalışdıq.Məlum olub ki, xalq artisti Aygün Kazımovanın Röyadan küsülü qalmasının əsas səbəbi şou-biznesin “nömrə biri” olmaqdır. Uzun sürən bu rəqabət və küsülülük teleaparıcı Kamilə Babayevanın toyunda ən pik həddə çatmışdı. Belə ki, iki qadın müğənninin həmin toyda bir-biri ilə saçyolduya çıxması neçə müddətdir ki, mətbuatın müzakirəsindədir.Flora Kərimovanın Röya ilə küsülü olmasının səbəbi yerli jurnalların birində müğənninin Flora Kərimovaya orta barmaq işarəsini göstərməsidir. Hər şey bundan sonra başlayıb və Flora Kərimova Röyanı qeyri-peşəkarlıqda, böyük-kiçik yerini bilməməkdə ittiham edib. 3 il bundan əvvəl Flora Kərimovanı görən Röya ona salam verərək yanından keçsə də, xalq artisti Röyanın salamını almayıb. Amma onlar hələ də danışmırlar.Əməkdar artist Almaz Ələsgərlidə Röya ilə böyük qalmaqal yaşayan müğənnilər sırasındadır. Buna səbəb isə Röyanın Almaz Ələsgərlinin qızlarının boşanmasını irad tutması olmuşdu. Röyanın sözlərinə hirslənən hirslənən Almaz Ələsgərli telekanallarda Röyanı ağ yuyub qara sərmişdi.Əməkdar artist Tünzalə Ağayevada Röya ilə danışmayan ifaçılar arasındadır. Xanım Ağayevanın Röyadan küsməyinin səbəbi bu sözlərdir: “Guya bunlar Avropa musiqisi oxuyurlar. Viy-viy, heçnə başa düşmək olmur”. Bunun cavabında Ağayeva həmkarının ünvanına sərt sözlər səsləndirmişdi.
//Qafqazinfo

OXŞAR XƏBƏRLƏR