Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Türkiyəyə səfəri çərçivəsində Türkiyənin milli müdafiə naziri Vecdi Gönüllə görüşü zamanı deyib. “Azərbaycan öz torpaqlarını güzəştə getməyəcək. Azərbaycanın bütün torpaqları qaytarılmalıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxmalıdır”, - Əbiyev əlavə edib.