Səhlab Bağırov BŞBPİ-nin rəis müavini təyin olundu

Bütün Xəbərlər
13:40 05.05.2011
2210
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə Səhlab Bağırov Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tutduğu vəzifədən azad edilərək, Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edib. O, bu vəzifədə Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinat almış Mədət Quliyevi əvəz edib.

 

OXŞAR XƏBƏRLƏR