"Səhnədə mənəm-mənəm deyən hər bir əcnəbi müğənniyə rəqibəm"

"Səhnədə mənəm-mənəm deyən hər bir əcnəbi müğənniyə rəqibəm"
ŞOU-BİZNES
12:23 15.04.2011
1626

Bu günə qədər sənətimlə bağlı mənə və gənc müğənnilərə dəstək olan Rəhim Rəhimliyə minnətdarlığımı bildirirəm. Hazırda Rəhim Rəhimlinin mahnılarını Pakistan dilində ifa edirəm. Öz mahnılarımın içində ən çox bəyəndiyim Azərbaycan dilində "Sevgilim" mahnısıdır". Bu sözləri AZXEBER.COM-a açıqlamasında pakistanlı müğənni Bədir Ömər deyib.

O, Azərbaycanda yaradıcılıqla məşğul olan hər bir əcnəbi müğənniyə rəqib olduğunu da söyləyib:

"Azərbaycanda bir çox müğənnilərlə duet oxumağa hazırlaşıram. Duet ortaqlarımla prodüsserim Pervin Sevdimalı maraqlanır. Azərbaycan mahnılarını çox sevdiyim üçün Azərbaycan dilində ifa edirəm. Ümidvaram ki, artıq sevilirəm. Bir şeyi də qeyd edim ki, səhnədə mənəm-mənəm deyən hər bir əcnəbi müğənniyə rəqibəm". 

OXŞAR XƏBƏRLƏR