Ermənistanın "Eurovision 2011" mahnı müsabiqəsində finala keçməyəcəyi artıq məşqlərdə məlum idi. ANS-in Düsseldorfa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Ermənistan təmsilçisi Emminin son əsas məşqindəki çıxışından bəlli oldu ki, Ermənistan finala vəsiqə qazana bilməyəcək. Çünki münsiflərin səsləri artıq yarımfinalların məşqlərinə görə verilir. Əsas konsertə görə yox, sonuncu iki əsas məşqlərə görə finala kimlərin keçəcəyini müəyyənləşdirirlər. Elə yarımfinalda da Emminin çıxışı bərbad vəziyyətdə idi. Məşqlərdə də, yarımfinalın canlı yayımında da müğənninin səsi ilə bağlı problemlər var idi. Məşqləri izləyən jurnalistlər də bu fikirdə idilər ki, ola bilsin Ermənistan finala keçməsin.
Ermənistan "Eurovision"a qatıldığı müddətdə birinci dəfə idi finala düşmürdü. Emminin finala düşməməsi onlar üçün gözlənilməz oldu. Məğlub olan ermənilər çox pis vəziyyətdə idilər...
Belə bir sual ortaya çıxır, səhnəni rinq hesab edib, boks əlcəklərində səhnəyə çıxanda, atlanıb-düşəndə səsini idarə edə bilməyən Emmi görəsən qalib olacağına doğrudanmı inanırdı?
Səhnəylə rinqi səhv salan Emminin çıxışını təqdim edirik.